Tags: Азербайджанский язык

Авром

Abraham Şmuleviç: "Guya artıq Ermənistan silahlı qüvvələri bütün Azərbaycan ordusunu məhv edib".



Abraham Şmuleviç: "Guya artıq Ermənistan silahlı qüvvələri bütün Azərbaycan ordusunu məhv edib".

Ermənistan mətbuatında, eləcə də, rəhbərliyində antisemitist mövqe həmişə özünü göstərib. Son zamanlar Ermənistanın ali rəhbərləri də çıxışlarında İsrailə qarşı qəbuledilməz fikirlər səsləndiriblər. Bu sıraya Ermənistanın baş naziri Nikol Paşinyan da daxildir. İsrail ilə Azərbaycan arasında olan tərəfdaşlıq münasibətləri, eləcə də, silah ticarəti Ermənistan tərəfindən qeyri-adekvat qarşılanır və qəribə ittihamlarla çıxış edirlər. Bir müddət öncə ölkənin hərbi-siyasi rəhbərliyi Ermənistanda 2-ci antisemitizm ocağının yaradılacağını bildirdi. Bu addımı İsrailə və yəhudilərə qarşı təhdid kimi qiymətləndirmək olar. Xarici ölkələrdə ermənilərin aksiyaları keçirilir. Orda İsrail bayrağı yandırılır. Bu isə əlbəttə ki, yəhudilər və İsrail dövləti tərəfindən təhqir olaraq qəbul edilir. Heç bir vəziyyətdə bu kimi hallar təbii ki, Azərbaycanla İsrail arasında olan silah ticarəti müqaviləsinin pozulmasına təsir edə bilməz. Hər iki ölkə birbirini strateji tərəfdaş kimi qəbul edir və bu fakt dəyişməzdir.

Beynəlxalq medianın və təşkilatların Ermənistanın təxribatlarına susması məsələsinə gəlincə İsraillə bağlı oxşar halı nəzərinizə çatdırmaq istərdim. Hər hansı ərəb terror qruplaşması İsrailə qarşı təxribat törətdikdə, silah tətbiq etdikdə eyni ilə beynəlxalq media buna ya göz yumur, ya da günahkarları ittiham etmir. Analoji vəziyyət hazırda Ermənistanın Azərbaycana qarşı təxribatlarının işıqlandırılmasında da özünü göstərir. Beynəlxalq təşkilatlar isə həmişə olduğu kimi münaqişə zonalarında baş verənlərə susurlar. Eyni hal, Krım, Abxaziya, Dnestryanı və digər zonalardakı konfliktlərə münasibətdə də özünü göstərir. Əvvəl olduğu kimi bu təşkilatlar indi də susurlar. Sadəcə gözləməklə onların sənədlə təsdiq edilən hər hansı qərarları icra edəcəklərinə ümid bəsləmək yararsızdır. Azərbaycan ərazilərini işğaldan azad etməyə başlayana qədər həmin qurumlar bu konfliktə biganə yanaşırdılar. Amma müharibə başlayandan sonra beynəlxalq təşkilatlar aktivləşərək Türkiyəni müəyyən sanksiyalarla hədələdilər, bəziləri isə sanksiyaları rəsmiləşdirdi. Buna baxmayaraq uzun illər ərzində nə Ermənistana nə də onun havadarlarına bu kimi sanksiyalar tətbiq edilmir.

İsraildə ümumi fikrə gəlincə onu qeyd etmək lazımdır ki, Azərbaycanla ölkəmiz arasında olan silah ticarəti üzrə sorğu aparılıb. İsraildə aparılan sorğunun nəticələrinə görə, əhalinin 75%-i bu sahə üzrə tərəfdaşlığımıza neytral, 25%-i isə müsbət yanaşır. Bu baxımdan qeyd etməliyəm ki, mənfi cavablar demək olar ki, yoxdur.
Dünya mediasının böyük hissəsi ermənipərəst mövqe sərgiləyir. Bunun səbəbi isə ermənilərin diaspor və lobbi fəaliyyətidir. Dünyanın bir sıra media agentlikləri Azərbaycana qarşı məqalələr dərc edir. Bu isə onu deməyə əsas verir ki, dünyada erməni propoqandası çox geniş yayılıb. Müharibənin mediada işıqlandırılmasına gəlincə isə Ermənistan tərəfi dezinformasiya yaymaqla bu istiqamətdə bütün potensialını sərgiləyir. Təkcə Ermənistan tərəfinin Azərbaycan ordusuna məxsus texnikanı məhv etməsi ilə bağlı yaydığı statistik məlumatlar heç bir məntiqə sığmır. Bu statistikalar onu deməyə əsas verir ki, guya artıq Ermənistan silahlı qüvvələri bütün Azərbaycan ordusunu məhv edib. Bu məlumatların əsassız olmasını təkcə ermənilərin yaydığı məhv edilmiş tank sayında görmək olur. İnformasiya müharibəsində Azərbaycan daha dürüst görünür. Dünya ictimaiyyətinə həqiqəti göstərmək və onları inandırmaq üçün beynəlxalq müşahidəçiləri və müstəqil jurnalistləri konflikt zonasına dəvət etmək vacibdir. Azərbaycan döyüş meydanında Ermənistandan böyük üstünlüklə fərqlənir, informasiya müharibəsində isə daha çox iş görməyə ehtiyac var.
Авром

Мое интервью на азербайджанском. Libermanın istefası İsrail-Azərbaycan münasibətlərinə təsir göstərm

Мое интервью на азербайджанском. Libermanın istefası İsrail-Azərbaycan münasibətlərinə təsir göstərməyəcək” – Yəhudi ekspert ("Отставка Либермана не повлияет на азербайджано-израильские отношения"- еврейский эксперт)

 

“İsrailin bütün siyasi qüvvələri Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirirlər”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında İsrailin müdafiə naziri Aviqdor Libermanın istefasının İsrail-Azərbaycan münasibətlərinə mümkün təsirini şərh edən yəhudi ekspert Avraam Şmuleviç deyib.

Avraam Şmuleviçin sözlərinə görə, İsrail Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük önəm verir:
“Deyə bilərəm ki, Libermanın istefası daxili problemlərlə əlaqədardır. Həm də fikrimcə, hökumətin Libermanı istefaya göndərmək qərarı yanlış addımdır. HƏMAS-ın son hücumlarına təmkinlə reaksiya verən İsraildə buna görə əsas tənqidlər məhz Libermana – hər zaman kəskin mövqeyi ilə seçilən sağ təmayüllü siyasətçiyə yönəldi.

Mən hesab etmirəm ki, hansısa xarici qüvvə Libermanın istefaya göndərilməsində və İsrail hökumətinin parçalanmasında maraqlı olsun. Ən azı ABŞ bunda maraqlı deyil. Liberman gördü ki, son toqquşmalar zamanı hökumətin təmkinli davranışı onun siyasətçi kimi reytinqinə mənfi təsir göstərir və o, “qatar”ı tərk etməyə qərar verdi.

Azərbaycanın böyük dostu kimi tanınan Libermanın istefası İsrail-Azərbaycan münasibətlərinə təsir göstərməyəcək. İsrailin bütün siyasi qüvvələri, o cümlədən, baş nazir Netanyahu Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirir və Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük önəm verir.

İsrailin siyasi və hərbi elitasında Azərbaycanla bağlı məsələdə konsensus mövcuddur. Yəni bizim ölkələrimizin münasibətlərinin taleyi konkret partiya və siyasətçidən asılı deyil. Azərbaycan-İsrail münasibətləri strateji xarakter daşıyır və hər iki ölkənin dövlət siyasətinin əsasını təşkil edir”.

Qafqaz Ömərov

https://yenicag.az/libermanin-istefasi-israil-azerbaycan-munasibetlerine-tesir-gostermeyecek-yehudi-ekspert/?fbclid=IwAR0ftQjiV1t5DEb33mpcbFBM_lbb2J3BSqGFpynh58gTRuP3e3TzRlVdwxE
Авром

Ermənistandan yan keçən səfər: Liberman Cənubi Qafqaza niyə gəlir?

Ermənistandan yan keçən səfər: Liberman Cənubi Qafqaza niyə gəlir?

“İsrail Azərbaycanla münasibətlərə ciddi önəm verir və Ermənistana görə əlaqələrə mənfi təsir göstərə biləcək addımlar atmır”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində İsrailin müdafiə naziri Aviqdor Libermanın Cənubi Qafqaz (Azərbaycan və Gürcüstan) ölkələrinə səfərinin məqsədlərini şərh edən israilli ekspert Avraam Şumileviç deyib.

Avraam Şumileviçin sözlərinə görə, Libermanın Bakı və Tiflisdə aparacağı müzakirələrin spektri kifayət qədər geniş olacaq:
“Aviqdor Libermanın Bakıya səfəri çərçivəsində əsasən, iqtisadi və hərbi əməkdaşlıq, o cümlədən digər məsələlər müzakirə olunacaq. Bildiyiniz kimi, İsrail Azərbaycandan neft, enerji daşıyıcıları, karbohidrogen ehtiyatlar idxal edir, əvəzində isə ölkənizə silah ixrac edir və bu, qarşılıqı münasibətlərin çox mühüm məqamıdır. Bunlardan başqa, digər sahələr üzrə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Ümumiyyətlə, Liberman Azərbaycan rəhbərliyi ilə yaxşı münasibətləri, siyasi əlaqələri olan fiqurdur. O baxımdan, deyə bilərik ki, yuxarıda sadaladığım məsələlər ətrafında geniş müzakirələr aparılacaq.

Gürcüstana gəldikdə isə, İsrailin bu ölkə ilə də yüksək qiymətləndirilən ənənəvi siyasi və iqtisadi münasibətləri var. Ancaq İsrailin Gürcüstanla münasibətləri Azərbaycanla əlaqələr səviyyəsində olmasa da, aralarında müxtəlif sahələri əhatə edən əməkdaşlıq mövcuddur.

Liberman Tiflisdə Gürcüstanla hərbi əməkdaşlıq məsələlərini də müzakirə edəcək. Xatırladım ki, 2008-ci ildə Rusiya ilə məlum müharibəyə qədər İsrail Gürcüstan ordusuna yardım göstərir, bu ölkənin Silahlı Qüvvələrinin modernləşdirilməsinə dəstək verirdi.

Bundan sonra İsrail və Gürcüstan arasında imzalanmış hərbi əməkdaşlığa dair müqavilələr donduruldu. Yeri gəlmişkən, ilk olaraq ABŞ Gürcüstanla hərbi əməkdaşlığı dayandırdıqdan sonra İsrail də belə bir addım atdı. İndi isə görürük ki, ABŞ başda olmaqla, bir sıra Qərb dövlətləri Gürcüstanla hərbi əməkdaşlığı bərpa edir, NATO-nun bu ölkə ilə əlaqələri genişlənir. Bu çərçivədə İsrail Hərbi-Sənaye Kompleksinin də Gürcüstanla işbirliyini bərpa etməsi mümkündür.

Libermanın Ermənistana səfər etməməsi məsələsi maraqlıdır. Çünki İsrailin Cənubi Qafqaz ölkələri ilə ən aşağı səviyyəli münasibəti Ermənistanladır. Hətta demək olar ki, bu ölkə ilə əməkdaşlıq yoxdur. İkitərəfli diplomatik əlaqələr isə ciddi əhəmiyyət daşımır. Lakin son dövrlərdə Ermənistanla İsrail arasında siyasi əlaqələr intensivləşib. Lakin İsrailin Ermənistanla əlaqələri Azərbaycan və Gürcüstanla olan münasibətlərinin səviyyəsinə çatmayıb.

Digər tərəfdən, İsrail Ermənistanı Rusiyanın asılılığında qalan, özünün müstəqil siyasəti olmayan bir ölkə kimi tanıyır. Ancaq Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra İrəvanın Qərbə meylləndiyi hiss olunur. Görünür, İsrail hələ Ermənistan hökumətinin trendinə daxil deyil.

Libermanın Ermənistana səfər etməməsinin səbəbi isə yəqin ki, onun Azərbaycanla yaxın dostluq münasibətlərində olması və “Azərbaycanın dostu” reputasiyasına malik olmasıdır. O baxımdan, İsrail Azərbaycanla münasibətlərə ciddi önəm verir və Ermənistana görə əlaqələrə mənfi təsir göstərə biləcək addımlar atmır”.

Söhbətləşdi Qafqaz Ömərov

https://yenicag.az/ermenistandan-yan-kecen-sefer-liberman-cenubi-qafqaza-niye-gelir/


 

Авром

Avraam Şmuleviç: "Əgər Knesset "erməni soyqırımı"nı tanıyarsa, o zaman Xocalı soyqırımını da tanımal

Avraam Şmuleviç: “Əgər Knesset “erməni soyqırımı”nı tanıyarsa, o zaman Xocalı soyqırımını da tanımalıdır”







Avraam Şmuleviç: "Əgər Knesset "erməni soyqırımı"nı tanıyarsa, o zaman Xocalı soyqırımını da tanımalıdır”



Tanınmış İsrail politoloqu Avraam Şmuleviç Yerusəlim ətrafında ajiotaj, İsrail parlamentində “erməni soyqırımı”nın tanınması məsələsi, İsrailin Azərbaycan və Türkiyə ilə münasibətləri haqqında Yenicag.ru-ya geniş müsahibə verib.

“Sizcə, Yerusəlim ətrafında yaranmış beynəlxalq ajiotaj nə ilə yekunlaşacaq?” sualına cavab verən politoloq bildirib ki, Yerusəlim ətrafında beynəlxalq ajiotaj bir neçə min ildir ki davam edir və görünür, yalnız Məsihin gəlişi ilə bitəcək:

“İndiki vəziyyətə gəlincə isə, o qədər də güclü ajiotaj yoxdur. Yerusəlim faktiki olaraq, 1949-cu ildən – dövlətin yaranma vaxtından bu günə qədər İsrailin paytaxtıdır. Bütün ölkələrin nümayəndə heyətləri İsrailə səfər edəndə Yerusəlimə də gəlirlər, çünki burada hökumət, parlament və bir sıra nazirliklər yer alır.

ABŞ səfirliyinin daşınması Fələstin muxtariyyətində hiddət doğurdu, fələstinlilər qəzəbləndilər, amma ərəb ölkələrinin əksəriyyəti buna kifayət qədər sərin yanaşdılar.

Ərdoğana gəlincə isə, o, açıq-aydın Yerusəlimdən Birləşmiş Ştatları sıxmaq üçün istifadə edir. Bütovlükdə düşünürəm ki, gec-tez bütün ölkələr öz səfirliklərini Təl- Əvivdən Yerusəlimə köçürəcəklər”, – deyə Avraam Şmuleviç fikrini izah edib.

“Knesset “erməni soyqırımı” haqqında qanunun qəbulunu müzakirə etməkdən imtina etdi və bu, Ermənistanda hiddət tufanı doğurdu. Hətta İrəvanda “Holokost” qurbanlarına həsr olunan abidənin demontajına çağırışlar da oldu. Ümumiyyətlə sizcə, bu və ya digər faciəni siyasi alətə çevirmək nə qədər düzgündür?” sualına fikir bildirən politoloq bunları deyib:

“İsrail “erməni soyqırımı”nı tanımağa məcbur deyil. Ermənilərin bu tələbi qəribə və gülünc səslənir. Faciəni siyasi alətə çevirmək tamamilə yolverilməzdir. Şəxsən mənim xoşuma gəlmir ki, hər dəfə, Türkiyə-İsrail münasibətləri pisləşən kimi dərhal Knessetdə “erməni soyqırımı” məsələsini qaldırsınlar. Bunu o deputatlar edir ki, onlar erməni diasporası ilə sıx bağlıdırlar.

Baxın, məntiqlə, əgər İsrail parlamenti  “erməni soyqırımı”nı tanıyacaqsa, o zaman deyək ki, qoy Xocalı soyqırımını da tanısınlar”…

Maraqlı müsahibənin geniş versiyasını Yenicag.ru-dan oxuya bilərsiniz.

Zaur H.

Yenicag.Az - www.yenicag.az


https://yenicag.az/avraam-smulevic-eger-knesset-ermeni-soyqirimini-taniyarsa-o-zaman-xocali-soyqirimini-da-tanimalidir/

Авром

Saakaşvilidən sonra növbə onlarındır - Şmuleviç

Saakaşvilidən sonra növbə onlarındır - Şmuleviç

Mixail Saakaşvilidən sonra növbə digər xaricilərə də gələcək.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində İsraildən olan politoloq Avram Şmuleviç paylaşıb.

“Mənim gürcü dostlarım əbəs yerə Ukrayna Prezidenti Pyotr Poroşenkonun Gürcüstana səfərinə sevinirdilər. Rusiya hakimiyyətindən qaçanlara, xüsusilə, Donbasda vuruşan əcnəbilərə məsləhətim odur ki, təcili Ukraynanı tərk etsinlər və özlərinə yeni sığınacaq tapsınlar. Yaxın zamanlarda Ukraynada xaricilərin kütləvi şəkildə vətəndaşlıqdan məhrum edilməsi prosesi başlayacaq. Kiyev onlardan sığınacaq istəyən rusları artıq indidən Moskvaya təhvil verməyə başlayıb”, – Şmuleviç bildirib.

Qeyd edək ki, dünən Ukrayna hökuməti Mixail Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Buna səbəb kimi onun miqrasiya sənədlərində yanlış məlumatların yerləşdirilməsi göstərilib.

Авром

Шмулевич: Россия может начать масштабные военные действия на Кавказе

Шмулевич: Россия может начать масштабные военные действия на Кавказе
В  азербайджанских СМИ цитируют Шмулевича:

Перевод:
Шмулевич: Россия может начать масштабные военные действия на Кавказе
19-07-2017
В ближайшее время российские власти могут начать масштабные военные действия на Кавказе, заявил раввин и политолог Авраам Шмулевич.
По его словам, в Кремле хотят выставить главу Чеченской Республики Рамзана Кадырова как диктатора, несущего угрозу остальной России и использовать ради своих интересов. 


Текст на азербайджанском:

Rusiya Qafqazda geniş əməliyyatlara başlaya bilər - Şmuleviç

19-07-2017 14:57
Baxış sayı: 90

Rusiya Qafqazda genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər.
 
Bu barədə bəyanatı İsraildən olan politoloq Avraam Şmuleviç söyləyb. O, Rusiyanın Ramzan Kadırovu diktator kimi Çeçenistanın başında saxlamaq istədiyini bildirib.
Şmuleviçin fikrincə, Rusiya bu addım sayəsində Kadırovu bütün ölkəyə təhdid yaradacaq şəxs kimi təqdim edəcək və bundan öz maraqları üçün istifadə etməyə çalışacaq.

http://muxalifet.az/rusiya-qafqazda-genis-mliyyatlara-baslaya-bilr-smulevic.html


Авром

“Obama bizi dinləmədi və acınacaqlı duruma düşdü”

Обама нас не послушал - результат вышел катастрофическим.
Авраам Шмулевич


Интервью азербайжанской газете «Bizim Yol»
http://bizimyol.info/?xeber=22575
(перевод с азербайджанского)

Согласно мнению некоторых аналитиков, известное выступление Эрдогана в Давосе было сценарием США, которые хотели видеть Турцию, а не Израиль в центре своих стратегических планов на Ближнем Востоке. Согласны ли Вы с этим?

Авраам Шмулевич - Это упрощенный взгляд. Во-первых, это еще вопрос, кто кого больше использует в своих интересах и стратегических планах: США используют Израиль, или Израиль – США. Что касается Турции, то США традиционно опирались в своей политике на арабском Ближнем Востоке на Саудовскую Аравию, Египет и страны Залива. Турция до Эрдогана, при власти военных, была направлена в сторону Европы и, до некоторой степени, Кавказа, не имела и не особо искала влияния на арабские страны, зато находилась в стратегическом союзе с Израилем. Эрдоган начал вытеснять военных, одним из методов этого вытеснения стала переориентация внешней политики, разрыв с Израилем и сближение с Египтом. При этом он подчеркивал лояльность США в ущерб ЕС, Но с января 2009 года, когда турецкий лидер произнес свою сенсационно-скандальную речь в Давосе, утекло много воды и много крови. Турецко-израильские отношении вышли из состояния кризиса, произошло новое сближения. и сейчас Турция и Израиль снова в одной лодке и координируют свою позицию.

Есть вероятность того, что в «арабской весне» столкнулись интересы США и Тель-Авива. Не означает ли это то, что Вашингтон пожертвовал интересами Израиля ради своих выгод?

Авраам Шмулевич - Вашингтон не может "пожертвовать" Израилем в принципе. Collapse )