рав Авром Шмулевич (avrom) wrote,
рав Авром Шмулевич
avrom

Abraham Şmuleviç: "Guya artıq Ermənistan silahlı qüvvələri bütün Azərbaycan ordusunu məhv edib".



Abraham Şmuleviç: "Guya artıq Ermənistan silahlı qüvvələri bütün Azərbaycan ordusunu məhv edib".

Ermənistan mətbuatında, eləcə də, rəhbərliyində antisemitist mövqe həmişə özünü göstərib. Son zamanlar Ermənistanın ali rəhbərləri də çıxışlarında İsrailə qarşı qəbuledilməz fikirlər səsləndiriblər. Bu sıraya Ermənistanın baş naziri Nikol Paşinyan da daxildir. İsrail ilə Azərbaycan arasında olan tərəfdaşlıq münasibətləri, eləcə də, silah ticarəti Ermənistan tərəfindən qeyri-adekvat qarşılanır və qəribə ittihamlarla çıxış edirlər. Bir müddət öncə ölkənin hərbi-siyasi rəhbərliyi Ermənistanda 2-ci antisemitizm ocağının yaradılacağını bildirdi. Bu addımı İsrailə və yəhudilərə qarşı təhdid kimi qiymətləndirmək olar. Xarici ölkələrdə ermənilərin aksiyaları keçirilir. Orda İsrail bayrağı yandırılır. Bu isə əlbəttə ki, yəhudilər və İsrail dövləti tərəfindən təhqir olaraq qəbul edilir. Heç bir vəziyyətdə bu kimi hallar təbii ki, Azərbaycanla İsrail arasında olan silah ticarəti müqaviləsinin pozulmasına təsir edə bilməz. Hər iki ölkə birbirini strateji tərəfdaş kimi qəbul edir və bu fakt dəyişməzdir.

Beynəlxalq medianın və təşkilatların Ermənistanın təxribatlarına susması məsələsinə gəlincə İsraillə bağlı oxşar halı nəzərinizə çatdırmaq istərdim. Hər hansı ərəb terror qruplaşması İsrailə qarşı təxribat törətdikdə, silah tətbiq etdikdə eyni ilə beynəlxalq media buna ya göz yumur, ya da günahkarları ittiham etmir. Analoji vəziyyət hazırda Ermənistanın Azərbaycana qarşı təxribatlarının işıqlandırılmasında da özünü göstərir. Beynəlxalq təşkilatlar isə həmişə olduğu kimi münaqişə zonalarında baş verənlərə susurlar. Eyni hal, Krım, Abxaziya, Dnestryanı və digər zonalardakı konfliktlərə münasibətdə də özünü göstərir. Əvvəl olduğu kimi bu təşkilatlar indi də susurlar. Sadəcə gözləməklə onların sənədlə təsdiq edilən hər hansı qərarları icra edəcəklərinə ümid bəsləmək yararsızdır. Azərbaycan ərazilərini işğaldan azad etməyə başlayana qədər həmin qurumlar bu konfliktə biganə yanaşırdılar. Amma müharibə başlayandan sonra beynəlxalq təşkilatlar aktivləşərək Türkiyəni müəyyən sanksiyalarla hədələdilər, bəziləri isə sanksiyaları rəsmiləşdirdi. Buna baxmayaraq uzun illər ərzində nə Ermənistana nə də onun havadarlarına bu kimi sanksiyalar tətbiq edilmir.

İsraildə ümumi fikrə gəlincə onu qeyd etmək lazımdır ki, Azərbaycanla ölkəmiz arasında olan silah ticarəti üzrə sorğu aparılıb. İsraildə aparılan sorğunun nəticələrinə görə, əhalinin 75%-i bu sahə üzrə tərəfdaşlığımıza neytral, 25%-i isə müsbət yanaşır. Bu baxımdan qeyd etməliyəm ki, mənfi cavablar demək olar ki, yoxdur.
Dünya mediasının böyük hissəsi ermənipərəst mövqe sərgiləyir. Bunun səbəbi isə ermənilərin diaspor və lobbi fəaliyyətidir. Dünyanın bir sıra media agentlikləri Azərbaycana qarşı məqalələr dərc edir. Bu isə onu deməyə əsas verir ki, dünyada erməni propoqandası çox geniş yayılıb. Müharibənin mediada işıqlandırılmasına gəlincə isə Ermənistan tərəfi dezinformasiya yaymaqla bu istiqamətdə bütün potensialını sərgiləyir. Təkcə Ermənistan tərəfinin Azərbaycan ordusuna məxsus texnikanı məhv etməsi ilə bağlı yaydığı statistik məlumatlar heç bir məntiqə sığmır. Bu statistikalar onu deməyə əsas verir ki, guya artıq Ermənistan silahlı qüvvələri bütün Azərbaycan ordusunu məhv edib. Bu məlumatların əsassız olmasını təkcə ermənilərin yaydığı məhv edilmiş tank sayında görmək olur. İnformasiya müharibəsində Azərbaycan daha dürüst görünür. Dünya ictimaiyyətinə həqiqəti göstərmək və onları inandırmaq üçün beynəlxalq müşahidəçiləri və müstəqil jurnalistləri konflikt zonasına dəvət etmək vacibdir. Azərbaycan döyüş meydanında Ermənistandan böyük üstünlüklə fərqlənir, informasiya müharibəsində isə daha çox iş görməyə ehtiyac var.
Tags: Азербайджан, Азербайджанский язык, Армения, Армянский Антисемитизм, Видео, Карабах, Мои интервью, Мои тексты, Пропаганда
Subscribe

  • (no subject)

    Авраам Шмулевич. Причем тут Израиль. Последние события на Южном Кавказе Гость программы Откровенный разговор - Причем тут Израиль. Последние события…

  • Аркадий Бабченко вспомнил о геноциде черкесов

    Аркадий Бабченко вспомнил о геноциде черкесов Афганская война. По соотношениям сил сторон различаются два вида войн — симметричная, и…

  • Почему Талибан оказался таким живучим?

    Авраам Шмулевич Почему Талибан оказался таким живучим? - США не успели выйти из Афганистана, а талибы берут власть. Почему организация,…

  • Post a new comment

    Error

    default userpic

    Your IP address will be recorded 

    When you submit the form an invisible reCAPTCHA check will be performed.
    You must follow the Privacy Policy and Google Terms of use.
  • 0 comments